EYOF-da Azərbaycanın bayraqdarı bu idmançı olacaq 

14:38 19.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.

Hafta.az-ın məlumatına görə, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız yeniyetmələrdən ibarət cüdo üzrə milli komandamızın üzvü, Avropa birinciliyinin mükafatçısı Hüseyn Məmmədov (+90 kq) olacaq.

Cüdoçumuz Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.
Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.